Son beş ildə UNEC alimlərinin çap etdirdiyi məqalələrin sayı artıb

Son beş ildə (2020-2025-ci illər) UNEC alimlərinin çap etdirdiyi məqalələrin sayı artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə UNEC rektoru Ədalət Muradov bu gün "Elm Festival"ında çıxış edərkən məlumat verib.
O bildirib ki, son beş ildə (2020-2025-ci illər) UNEC alimlərinin çap etdirdiyi məqalələrin sayı SCOPUS-da 6.4 dəfə, Web of Science-də -5.8 dəfə, SciVal-da 6.3 dəfə, İn Cites-də - 5.6 dəfə artıb.
"2020-2024-cü illərdə Azərbaycan alimlərin8in SCOPUS-da çap olunmuş bütün məqalələrinin 20%-i, Web of Science-də isə 19%-i UNEC-in payına düşür"- deyə o əlavə edib.
10:58 08.04.2025
Oxunuş sayı: 1701