Si Cinpin iri xarici şirkətlərin rəhbərləri ilə görüşüb

Çin sədri Si Cinpin iri xarici şirkətlərin rəhbərləri ilə görüşüb. Bu barədə "Xinhua" agentliyi xəbər verib.
Görüş Pekində Böyük Xalq Zalında baş tutub.
Qeyd edək ki, Martın 23-24-də Çinin paytaxtı Pekində Çin İnkişaf Forumu keçirilib. Burada əsasən amerikalı xarici şirkətlərin 80-dən çox nümayəndəsi iştirak edib. Onların arasında "Apple", "AstraZeneca", "Blackstone", "BMW", "Otis", "Samsung", "Siemens" və "Pfizer" şirkətlərinin rəhbərləri var. (Trend)
08:34 28.03.2025
Oxunuş sayı: 1589