AMEA Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Crossmedia.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının siyahısı
Bölmənin sədri 2611 manat
Bölmə sədrinin müavini 1952 manat
Əsas şöbənin müdiri 1825 manat
Elmi katib 1555 manat
Qeyri-əsas şöbənin müdiri 1135 manat
Baş mütəxəssis 999 manat
Aparıcı mütəxəssis 905 manat
Mütəxəssis 826 manat
17:30 19.03.2025
Oxunuş sayı: 2639