Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh artıq reallıqdır
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün artıq reallığa çevrildiyini bəyan edib. Crossmedia.az xəbər verir ki, o, bu barədə Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
Paşinyan Azərbaycanla paraflanmış sülh sazişinin müddəalarından birini sitat gətirib. Həmin müddəaya əsasən, tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını və gələcəkdə də belə iddialar irəli sürməyəcəklərini təsdiqləyirlər.
Sazişdə, həmçinin tərəflərin digər tərəfin ərazi bütövlüyünü və ya siyasi birliyini tamamilə və ya qismən pozmağa yönəlmiş hər hansı addım atmayacağı, o cümlədən belə addımların planlaşdırılmasına, hazırlanmasına, təşviqinə və ya dəstəklənməsinə yol verməyəcəyi qeyd olunur.
“Hörmətli dövlət başçıları, Ermənistanla Azərbaycan arasında sülh artıq reallıqdır”, – deyə Paşinyan vurğulayıb.
10:49 09.10.2026
Oxunuş sayı: 166