Salyan şossesində 500 yeni ağac əkilib
Bakının Qaradağ rayonunda, Salyan şossesi boyunca 500 yeni ağac əkilib.
Bu barədə Crossmedi.az-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ağacəkmə aksiyası BŞİH və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr edilib. Aksiyada Bakı şəhəri icra hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.
Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənib və Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 yeni ağac əkilib.
12:27 23.09.2026
Oxunuş sayı: 37