Almaniyanın hərbi planları Avropada qorxu yaradıb
Almaniyanın Avropa İttifaqının aparıcı hərbi gücünə çevrilmək planları Avropa ölkələrində ciddi narahatlıq doğurur.
Crossmedia.az xəbər verir ki, “RT” bu barədə məlumat yayıb.
Müasir Siyasət Problemlərinin Tədqiqi İnstitutunun direktoru Anton Orlovun sözlərinə görə, Avropa ölkələri iki dünya müharibəsinin xatirəsini hələ də unutmur. Bu səbəbdən Almaniyanın yenidən silahlanması qonşu ölkələr tərəfindən təhlükəsizliyə zəmanət kimi deyil, ekzistensial təhdid kimi qəbul edilir.
Orlov bildirib ki, Berlinin hərbi potensialını genişləndirmək istiqamətində atdığı addımlar Avropa ölkələrində “səssiz dəhşət” yaradır.
Bundan əvvəl Finlandiyanın “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema Almaniyanın yenidən silahlanma və Rusiyaya yönəldilmiş “Tomahawk” raketlərinin yerləşdirilməsi planlarını tənqid edib.
Memanın sözlərinə görə, Almaniya kansleri Fridrix Merts ölkəni Rusiya ilə qarşıdurmaya sürükləyir, anti-Rusiya ritorikasını gücləndirir və Almaniyanı görünməmiş miqyasda yenidən silahlandırır.
23:47 07.09.2026
Oxunuş sayı: 58