SETA Avropanın müharibə strategiyasına diqqət çəkdi
Avropanın Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün danışıqlardan daha çox hərbi dəstəyin artırılmasına üstünlük verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondu (SETA) bu barədə məlumat yayıb.
SETA-nın qiymətləndirməsinə görə, Ukrayna münaqişəsinə son qoya biləcək konkret razılaşma hələlik görünmür. Mərkəz müharibənin getdikcə daha dağıdıcı xarakter aldığını və tərəflərin infrastrukturuna, eləcə də iqtisadiyyatına ciddi zərər vuran hücumların artdığını qeyd edir.
Mərkəz bildirir ki, Avropa Ukraynanı üzərinə düşən yük kimi deyil, Avropanın təhlükəsizliyini təmin edən cəbhə xətti kimi qiymətləndirir. Bu səbəbdən Avropa münaqişədən çıxış strategiyasından daha çox Kiyevə hərbi yardımın artırılmasına üstünlük verir.
SETA hesab edir ki, Avropanın dəstəyi ilə Rusiyaya qarşı hücumların davam etdirilməsi gərginliyin daha da artması riskini yüksəldə bilər. Mümkün ssenarilər arasında Moskvanın taktiki nüvə silahından istifadə etməsi və ya NATO ölkəsinə məhdud hücum həyata keçirməsi də göstərilir.
Bununla yanaşı, SETA Türkiyənin vasitəçiliyi ilə danışıqların bərpa olunmasını mümkün hesab edir. Mərkəzin məlumatına görə, bu məsələ Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Türkiyə və Rusiya prezidentlərinin görüşündə müzakirə edilmiş ola bilər.
10:15 06.09.2026
Oxunuş sayı: 50