İran səmasında ADRENALİN: 120 pilot yarışa qatıldı
İranın Şərqi Azərbaycan ostanında paraplan üzrə açıq milli yarış keçirilib və müsabiqədə ölkənin 120 ən yaxşı pilotu iştirak edib.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə məlumat yayıb.
“Dəqiqlik üzrə məsafə” (distance) intizamında keçirilən yarış Mərənd şəhristanına daxil olan Keşksaray şəhərindəki “Arlan” uçuş meydançasında təşkil olunub.
Yarışda paraplan pilotları müəyyən edilmiş məsafəni qət etmək üzrə mübarizə aparıblar.
14:52 05.09.2026
Oxunuş sayı: 49