Ukrayna zərbələri Rusiya enerji sektorunu sarsıdıb
Hazırda Rusiyanın neft emalı güclərinin təxminən yarısı fəaliyyət göstərmir.
Crossmedia.az bu barədə ˝The Wall Street Journal˝a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, buna səbəb olan əsas amillərdən biri Ukrayna pilotsuz uçuş aparatlarının zərbələridir.
˝Rochan Consulting˝-in qiymətləndirməsinə əsasən, 2023-cü ildə Ukrayna pilotsuz aparatları və raketləri Rusiyanın kritik infrastrukturuna dörd dəfə zərbə endirib. 2025-ci ildə bu cür hücumların sayı təxminən 178-ə, avqustun 23-də başa çatan bir il ərzində isə 285-ə yüksəlib.
Culver Aerospace şirkətinin rəhbəri Oleq Krot bildirib ki, pilotsuz aparatların imkanları da təkmilləşdirilir. Onun sözlərinə görə, ilin sonuna qədər yeni modellərin daha yüksək sürət əldə etməsi gözlənilir.
21:00 01.09.2026
Oxunuş sayı: 48