İspaniyada rekord istilər minlərlə insanın ölümünə səbəb olub
İspaniyada bu yay müşahidə olunan rekord istilər 5 mindən çox insanın ölümünə səbəb olub.
Crossmedia.az xəbər verir ki, ˝Meteorologiya Agentliyi˝nin məlumatına görə, 2026-cı ilin yayı ölkə tarixində ən isti mövsüm kimi qeydə alınıb.
Yay aylarında orta temperatur iqlim normasını 2,5 dərəcə keçərək 26 dərəcəyə çatıb. İstidən ümumilikdə 5 111 nəfər həyatını itirib, onlardan 2 192-si avqust ayında qeydə alınıb. Anduhar şəhərində hava temperaturu 45,1 dərəcəyə yüksəlib.
20:12 01.09.2026
Oxunuş sayı: 45