Putin: BMT-nin potensialı tam reallaşmayıb
BMT dialoq, diplomatiya və əməkdaşlıq üçün unikal platformadır, lakin təşkilatın potensialı hələ tam reallaşmayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Bişkekdə keçirilən “ŞƏT plus” formatında görüşdə deyib.
Putin BMT-nin fəaliyyətinin səmərəliliyinin artırılması və qurumların, o cümlədən Təhlükəsizlik Şurasının Qlobal Cənub və Şərq ölkələrinin hesabına daha geniş təmsil olunmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, BMT qlobal siyasət və iqtisadiyyatda baş verən fundamental dəyişikliklərə uyğunlaşdırılmalıdır.
Rusiya Prezidenti qeyd edib ki, BMT maraqların uzlaşdırılması üzrə əsas mexanizm funksiyasını qoruyub saxlamalıdır. O, bir ölkənin və ya ölkələr qrupunun maraqlarının təşkilat vasitəsilə irəli sürülməsinin yolverilməz olduğunu bildirib.
Putin ədalətli və çoxqütblü dünya nizamının formalaşması prosesinin dönməz xarakter daşıdığını deyib. O, Rusiyanın bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında əməkdaşlığa açıq olduğunu vurğulayıb.
13:36 01.09.2026
Oxunuş sayı: 60