İslandiya Aİ-yə qoşulmaqdan GERİ ÇƏKİLDİ
İslandiyada keçirilən referendumun yekun nəticələrinə əsasən, xalq Avropa İttifaqına üzvlük danışıqlarının bərpasının əleyhinə səs verib.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Yekun nəticələrə görə, seçicilərin 52,8 faizi danışıqların bərpasına qarşı çıxıb, 47,2 faizi isə bunu dəstəkləyib. Referendumda seçici fəallığı 82,5 faiz təşkil edib.
Qeyd edək ki, səsvermə birbaşa Aİ-yə üzvlüklə bağlı olmayıb. Referendumun sualı İslandiyanın Avropa İttifaqına üzvlük üzrə dayandırılmış danışıqları yenidən başlamasına icazə verilib-verilməməsi ilə bağlı olub.
Beləliklə, referendumun nəticəsi İslandiyanın Aİ-yə üzvlük prosesinin yenidən başladılmasını nəzərdə tutan təşəbbüsü rədd etdiyini göstərir.
12:42 01.09.2026
Oxunuş sayı: 48