İran Yəmənə 75 hərbi mütəxəssis göndərib
İranın iyun və iyul aylarında Yəmənin husilərin nəzarətində olan ərazilərinə 75 hərbi mütəxəssis göndərdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Yəmən mənbələrinə istinadən AJEL məlumat yayıb.
İran hərbi mütəxəssisləri bir neçə mərhələdə Yəmənə daxil olub. Onların Səna şəhərinə göndərilməsində məqsəd husilərin hərbi, kəşfiyyat və əməliyyat imkanlarının gücləndirilməsi olub.
Yəmən kəşfiyyat mənbələrinin məlumatına görə, sonuncu qrup iyulun 13-də ölkəyə daxil olub və 25 İran hərbçisindən ibarət olub. Qrupun tərkibində İranın Yəməndəki keçmiş səfiri Məhəmməd Cəlal Firuzniya da yer alıb.
Mənbələr bildiriblər ki, sonuncu qrup Sənaya eniş icazəsi ala bilmədiyi üçün Mahan Air şirkətinə məxsus təyyarə ilə Hudeydə hava limanına çatıb.
Məlumatlara əsasən, İranlı mütəxəssislərə hərbi və logistika sahəsində müxtəlif tapşırıqlar verilib. Onların fəaliyyətinin husilərin raket və pilotsuz uçuş aparatları imkanlarının inkişaf etdirilməsi, eləcə də dəniz əməliyyatlarının gücləndirilməsi ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, İranın husilərə hərbi və texniki dəstəyi ilə bağlı iddialar daha əvvəl də beynəlxalq hesabatlarda yer alıb.
12:19 01.09.2026
Oxunuş sayı: 51