Bağında terras tikirdi, xəzinə tapdı
Danimarkada bir sakin evinin bağçasında terras tikintisi zamanı vikinqlər dövrünə aid böyük gümüş xəzinə aşkarlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tapıntılar arasında ümumi çəkisi təxminən 18,5 kiloqram olan 700-dən çox gümüş əşya var. Xəzinəyə gümüş külçələr, zinət əşyaları, sikkələr və kiçik çəkic daxildir.
Tarixi tapıntının vikinqlər dövrünə aid olduğu bildirilir.
23:59 31.08.2026
Oxunuş sayı: 50