Mətbəxdə su axarı tutulubsa, bunu sınayın
Mətbəxdə və ya hamamda su axarının tutulması demək olar ki, hər evdə rast gəlinən problemdir.
Crossmedia.az bu barədə ˝Unian˝a istinadən xəbər verir.
Suyun yavaş axması, borulardan xoşagəlməz qoxunun gəlməsi və xışıltılı səslər axarda çirk yığıldığının əsas əlamətləridir.
Bunun üçün dərhal güclü kimyəvi vasitələrə əl atmağa ehtiyac yoxdur. Sadə, ucuz və ekoloji üsullardan biri limon turşusundan istifadə etməkdir.
Axarı təmizləmək üçün bir xörək qaşığı limon turşusunu birbaşa su axarına tökmək, üzərinə bol miqdarda çox isti su əlavə etmək və bir müddət gözləmək kifayətdir. Limon turşusu həm üzvi çöküntüləri, həm də əhəng qatını həll etməyə kömək edir.
Limon turşusu olmadıqda isə soda və sirkədən istifadə etmək olar. Onları bərabər miqdarda qarışdırdıqda köpüklənmə reaksiyası yaranır. Qarışığı bir neçə dəqiqə saxladıqdan sonra bol isti su ilə yaxalamaq məsləhətdir.
Axarın yenidən tutulmaması üçün qida qalıqlarını, qəhvə və çay çöküntülərini kanalizasiyaya tökməmək lazımdır. Həmçinin isti yağı birbaşa su axarına tökmək məsləhət görülmür. Yağ soyuduqda boruların divarlarında bərkiyərək tıxac yarada bilər.
22:35 31.08.2026
Oxunuş sayı: 58