Xarkov yenidən atəş altında: Ölən və yaralananlar var
Ukraynanın Xarkov vilayətinin atəşə tutulması nəticəsində son sutka ərzində 2 nəfər ölüb, 13 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bu barədə “Telegram” kanalında məlumat yayıb.
Sinequbovun sözlərinə görə, hücumlar Xarkov şəhərinə və vilayətin 16 yaşayış məntəqəsinə edilib. Xarkov şəhərində 26 yaşlı kişi ölüb. 25 yaşlı qadın və 36 yaşlı kişi yaralanıb. Həmçinin 58 və 26 yaşlı qadınlar, eləcə də 38 yaşlı kişi stress reaksiyası keçirib.
Zmiyev şəhərində 38 yaşlı qadın həyatını itirib. 10 yaşlı qız və 61 yaşlı qadında stress reaksiyası qeydə alınıb. İzyum şəhərində isə 55 və 54 yaşlı qadınlar yaralanıb. 56 və 85 yaşlı qadınlar, 53 yaşlı kişi və 10 yaşlı qız stress reaksiyası keçirib.
14:47 28.08.2026
Oxunuş sayı: 45