ABŞ və İsrailin İranla müharibəsinin 4 əsas nəticəsi
ABŞ və İsrailin İranla altı aylıq müharibəsi Vaşinqton və Tehranla yanaşı, qlobal iqtisadiyyat və Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinə də ciddi təsir göstərib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Agentlik müharibənin əsas nəticələrini təhlil edib. Onlardan biri ABŞ Prezidenti Donald Trampın siyasi itkilərlə üzləşməsidir. Sorğulara görə, Trampın fəaliyyətini dəstəkləyənlərin göstəricisi 40 faizdən 33 faizə düşüb, amerikalıların yalnız 31 faizi müharibəni dəstəkləyir. Benzin qiymətlərinin artması isə payız seçkiləri ərəfəsində narazılığı daha da artırır.
Müharibə dünya iqtisadiyyatına da təsir göstərib. Hörmüz boğazından gəmiçiliyin pozulması enerji qiymətlərinin yüksəlməsinə səbəb olsa da, qlobal iqtisadiyyat gözlənildiyindən daha dayanıqlı olub və ən pis ssenaridən yayınmaq mümkün olub.
“Reuters”in qiymətləndirməsinə görə, İran ciddi şəkildə zəifləsə də, məğlub edilməyib. Ölkənin hərbi infrastrukturu və iqtisadiyyatı böyük zərər görüb. Bununla belə, Tehran pilotsuz uçuş aparatları və raket imkanlarını qoruyub saxlayır və regionda gəmilərə, eləcə də ABŞ-nin hərbi obyektlərinə zərbələr endirmək qabiliyyətindədir.
Müharibənin digər nəticəsi Yaxın Şərqdə sabitliyin daha da zəifləməsi olub. Analitiklərin fikrincə, ABŞ və İsrailin məqsədi İran təhlükəsini aradan qaldırmaq olsa da, müharibə əksinə, Tehranın özünəinamını artırıb və regionu daha təhlükəli vəziyyətə gətirib.

10:28 28.08.2026
Oxunuş sayı: 51