Azərbaycan Özbəkistana neft tədarük edəcək
Azərbaycan və Özbəkistan Özbəkistan bazarı üçün neft məhsullarının birgə istehsalı, eləcə də uzunmüddətli neft və hazır yanacaq tədarükü imkanlarını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Özbəkistanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ölkədə daxili tələbatın artması fonunda Özbəkistan avtomobil və dizel yanacağı, aviasiya kerosini və digər neft məhsullarının tədarük mənbələrini şaxələndirməkdə maraqlıdır.
19:53 27.08.2026
Oxunuş sayı: 48