“Liverpul” Barcolanın transferi üçün PSJ ilə razılaşdı
“Liverpul” PSJ-nin futbolçusu Bredli Barcolanın transferi ilə bağlı ilkin razılaşma əldə edib.
Crossmedia.az xəbər verir ki, “The Athletic” bu barədə məlumat yayıb.
Klublar arasında gecə saatlarında aparılan danışıqların ardından transfer paketinin ümumi dəyərinin təxminən 120 milyon funt-sterlinq olacağı barədə razılıq əldə edilib.
Məbləğin 100 milyon funt-sterlinqdən çox hissəsinin zəmanətli ödəniş olacağı bildirilir.
14:29 27.08.2026
Oxunuş sayı: 43