Berlindəki silah anbarının arxasında kim dayanır?
Almaniyanın əks-kəşfiyyat xidməti və “Der Spiegel” jurnalının araşdırmasına görə, Berlin yaxınlığındakı meşədə silah gizlədən şəxs Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə fəaliyyət göstərən Ukrayna vətəndaşı olub.
Crossmedia.az xəbər verir ki, “Der Spiegel” bu barədə məlumat yayıb.
Araşdırmaya əsasən, 24 yaşlı Ukrayna vətəndaşı Vadim Şerbakov 2025-ci ilin oktyabrında Polşadan Berlinə tapançalar gətirib və onları Müggelse gölünün yaxınlığındakı meşədə gizlədib. Daha sonra silahların koordinatlarını ona nəzarət edən şəxslərə göndərib.
Şerbakovun Rusiya xüsusi xidmət orqanları tərəfindən koordinasiya edilən gizli diversiya şəbəkəsinin üzvü olduğu bildirilir. Onun fəaliyyətinin dayısı vasitəsilə əlaqələndirildiyi qeyd olunur.
Şerbakov və onunla birlikdə hərəkət edən şəxs daha sonra Rumıniyada saxlanılıb. Onlar “Nova Poçta” şöbələrini yandırıcı qurğularla partlatmağa cəhd etməkdə şübhəli biliniblər.
“Agentstvo”nun araşdırmasına görə, Xerson vilayətindən olan Şerbakov 2023-cü ilin əvvəlində işğal altındakı Krımdan Latviyaya keçib. Daha sonra Rusiyanın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirmək üçün Polşada məskunlaşıb.
17:01 26.08.2026
Oxunuş sayı: 42