Kuleba və Palisa Ukraynanın ABŞ-də səfiri postuna namizədlər arasındadır
Ukraynanın ABŞ-dəki səfiri vəzifəsinə ölkənin sabiq xarici işlər naziri Dmitri Kuleba və Prezident Ofisinin rəhbərinin müavini Pavel Palisanın namizədliyi nəzərdən keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Məlumata görə, Kiyevin Vaşinqtondakı diplomatik nümayəndəliyinə rəhbərlik etmək üçün iki namizədin adı gündəmdədir.
Söhbət Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba və Prezident Ofisinin rəhbərinin müavini Pavel Palisadan gedir.
Hazırda təyinatla bağlı yekun qərarın verilib-verilmədiyi açıqlanmayıb.
15:26 26.08.2026
Oxunuş sayı: 46