İran XİN: Məkkə sazişinə qoşulmaq üçün rəsmi dəvət almamışıq
İran Xarici İşlər Nazirliyi Tehranın Məkkə müdafiə sazişinə qoşulmaq üçün rəsmi dəvət aldığı barədə məlumatları təkzib edib.
Crossmedia.az xəbər verir ki, “SNN” bu barədə məlumat yayıb.
İran XİN-in sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə müdafiə sazişinə qoşulmaq üçün rəsmi dəvət almayıb.
Onun sözlərinə görə, bununla belə, İranla regionda kollektiv təhlükəsizlik məsələləri üzrə danışıqların aparılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.
Qeyd edək ki, daha əvvəl İran parlamentinin informasiya agentliyinin rəhbəri Mehdi Rəhimi İranın Məkkə müdafiə sazişinə qoşulmasının təklif edildiyini bildirmişdi.
17:01 24.08.2026
Oxunuş sayı: 43