Paşinyan: Ermənistan Aİ-yə üzvlük üçün müraciət prosesinə başlayacaq
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin yaxın vaxtlarda Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə başlayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Nikol Paşinyan bu barədə açıqlama verib.
Baş nazirin sözlərinə görə, Ermənistanın Aİ-yə rəsmi müraciət hazırlaması əhəmiyyətli iş tələb edəcək.
Paşinyan bildirib ki, ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum isə daha sonrakı mərhələdə keçirilə bilər.
16:25 24.08.2026
Oxunuş sayı: 45