Zelenski: Putin ümid edir ki, biz yorulmuşuq
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Ukraynanın müharibədən yorulduğuna ümid etdiyini bildirib və Rusiyanın itkilər verdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Vladimir Zelenski bu barədə açıqlamasında məlumat verib.
Zelenski bildirib ki, Rusiya Ukraynanın bütün ərazisini ələ keçirməyə çalışıb, lakin bunun əvəzində neft emalı zavodları, donanma və gəlirlərini itirib.
Ukrayna prezidenti həmçinin Rusiyanın “böyüklük” barədə danışdığını, lakin ölkədə yanacaq qıtlığı səbəbindən insanların növbələrdə dayandığını iddia edib.
Zelenski çıxışında Rusiyanın Ukraynanı xəritədən silmək istədiyini, lakin bunun əksinə olaraq Rusiyanın gələcək beynəlxalq gündəmdə təsirini itirdiyini bildirib.
16:21 24.08.2026
Oxunuş sayı: 55