Putin Rusiyadakı yanacaq böhranından danışdı
Rusiya Prezidenti Vladimir Putin ölkədə yanacaqla bağlı yaranmış vəziyyətin insanlar üçün müəyyən narahatlıqlar yaratdığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Moskva. Kreml. Putin” proqramının aparıcısı Pavel Zarubin bu barədə məlumat yayıb. Putin bildirib ki, problemin həlli ilə bağlı bütün məsələlər hələ tam aradan qaldırılmayıb, lakin onların üzərində iş aparılır.
Rusiya liderinin sözlərinə görə, hökumət vəziyyəti nəzarətdə saxlamalıdır. O, həmçinin qeyd edib ki, məsələyə Baş nazir nəzarət edir və bununla bağlı xüsusi komissiya yaradılıb.
20:35 23.08.2026
Oxunuş sayı: 51