“Hyundai” işçiləri Cənubi Koreyada son 10 ildə ilk dəfə ümumi tətilə çıxıb
Cənubi Koreyanın “Hyundai Motor” şirkətinin işçiləri əməkhaqqı və iş şəraiti ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra son 10 ildə ilk dəfə ümumi tətil elan ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Etirazçılar süni intellekt və sənaye avtomatlaşdırmasının insan əməyini əvəz etməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Həmkarlar ittifaqı iş yerlərinin qorunmasına dair təminatların verilməsini də tələb edib.
11:46 22.08.2026
Oxunuş sayı: 50