CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: London Halal Forum

23:05 11.10.2026

Londonda beynəlxalq forumda Fələstin məsələsi gündəmə gətirildi

78

Londonda keçirilən illik Halal Forumun ikinci günündə Fələstin mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib, Qəzza və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə olunub. Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb. Kraliça II Yelizaveta Mərkəzində keçirilən tədbir Fələstinin ənənəvi səhər yeməyi ilə başlayıb. İştirakçılara humus, zaatar, labne və falafel kimi milli təamlar təqdim olunub. Forumda çıxış edən İbn Haldun Universitetinin Himayəçilər Şurasının sədr müavini Bilal Ərdoğan Qəzzada humanitar vəziyyətin ağır olaraq qaldığını bildirib. Onun sözlərinə görə, atəşkəsə baxmayaraq, Qəzzada və İordan çayının qərb sahilində hücumlar davam edir. “Soyqırımı hər gün davam edir. Hər gün hücumlar və qətllər baş verir. Bu, təkcə Qəzzada deyil, İordan çayının qərb sahilində də yaşanır”, – deyə Ərdoğan bildirib. O, Fələstinə dəstəyin yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı olduğunu, yerli istehsalçıların, investorların və startapların dəstəklənməsinin vacibliyini vurğulayıb. Tədbirdə çıxış edən Fələstinin Böyük Britaniyadakı səfiri Husam Zomlot da İsraili Fələstin xalqına qarşı iqtisadi təzyiq göstərməkdə ittiham edib. Forum çərçivəsində halal iqtisadiyyatın qida sənayesi ilə yanaşı, texnologiya, turizm, investisiya və beynəlxalq ticarət sahələrində inkişaf perspektivləri də müzakirə olunub. Forumda Fələstin xalqına iqtisadi və humanitar dəstəyin artırılmasının vacibliyi diqqətə çatdırılıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR