ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin ilk həftəsində Baydenin yüzə yaxın əmrini ləğv edəcəyini söyləyib.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, Trampın seçki kampaniyasının mətbuat katibi Karolin Levit bu barədə məlumat verib. O bildirib ki, hazırkı lider Cozef Bayden administrasiyasının sərəncamlarını, yəni 94 icra sərəncamını ləğv edəcək.
Bunun üçün respublikaçı onlarla müvafiq fərman imzalayacaq.