İsrailin Milli Təhlükəsizlik Şurası İsrail vətəndaşlarına gələn cümə axşamı Parisdə keçiriləcək İsrail Milli Komandasının matçına qatılmaq üçün Fransaya getməməyi tövsiyə edib.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu xəbərdarlıq son vaxtlar Avropada təhlükəsizliklə bağlı narahatlıqlar və İsrail vətəndaşları üçün potensial təhlükələr səbəbindən edilib. Xüsusilə izdihamlı tədbirlərdə və stadion ətrafında təhlükəsizlik risklərinin arta biləcəyinə diqqət çəkən Şura, həyat təhlükəsizliyi üçün vətəndaşlara belə hadisələrdən uzaq durmağı tövsiyə edib.