Dünya xəbərləri

“İran və Ermənistanın maraqları tamamilə üst üstə düşür. Bakı ilə tezliklə sülhün əldə olunması ehtimalı olmadığı və Türkiyə və Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılması üçün Ermənistanın ərazi bütövlüyünə hörmət edilmədiyi üçün Tehran və İrəvan Şimal-Cənub dəhlizini mümkün qədər tez başa çatdırmalıdır”.

Crossmedia.az xəbər verir ki, Anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəsət iranlı ekspert Ehsan Movəhhediyan “Armen Press”ə verdiyi müsahibə ilə bağlı “X” hesabında yazıb:

Ekspert Ermənistan enerji təchizatının diversifikasiyası siyasətini həyata keçirmək üçün İrana arxalana biləcəyinə toxunaraq qərəzli olaraq qeyd edib: “Türkiyə bəzi dövlətlərin dəstəyi ilə Türk dünyası yaratmağa can atır və yeganə maneə Ermənistandır. Bəzi qonşular Ermənistanda sabitliyi pozmağa və onun xüsusi sivilizasiyasını məhv etməyə çalışırlar. Bu qonşulardan fərqli olaraq, İran erməni irsini qoruyur”. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il