Fələstin Prezidenti Mahmud Abbas ədalətli sülhə nail olmaq üçün ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ilə çalışmağa hazır olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadla bildirir ki, Mahmud Abbas Tramp ilə telefon danışığında ədalətli sülhə nail olmaq üçün onunla əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib.
Qeyd edək ki, Tramp bu təklifi müsbət qarşılayıb müharibəni dayandırmaq üçün çalışacağını bildirib. O, həmçinin regional və beynəlxalq tərəflərlə birlikdə çalışmağa hazır olduğunu da vurğulayıb.
Nəzrin Salmanova