Crossmedia.az xəbər verir ki, Aşqabad və Tokio dövlət başçıları səviyyəsində ilk «Mərkəzi Asiya + Yaponiya» sammitinə hazırlaşır.
Türkmənistan xarici işlər naziri Meredov və onun yapon həmkarı İvaya dövlət başçıları səviyyəsində keçiriləcək ilk «Mərkəzi Asiya + Yaponiya» sammitinə hazırlıqları müzakirə ediblər. Telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın siyasi, ticarət-iqtisadi sahələrində əsas məsələlər nəzərdən keçirilib.
Bundan əlavə, tərəflər Türkmənistan nümayəndə heyətinin Osaka-2025 Expo sərgisində iştirak perspektivlərini müzakirə edərək, bu tədbirin iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əhəmiyyətini vurğulayıblar.
Emil Bağızadə