Qəzzada BMT-nin əsas yardım agentliyi İsrailin ABŞ-ın tələb etdiyi müddətə qədər əraziyə yardım göndərilməsini artırmadığını deyir. Bu tələbin yerinə yetirilməməsi, ABŞ hərbi yardımının azaldılması riskini doğurur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən ay ABŞ dövlət katibi İsraildən 30 gün ərzində Qəzzaya daha çox yardım maşınının çatdırılmasını təmin etməsini tələb etmişdi. Müddət isə çərşənbə axşamı sona çatdı.
BMT bildirir ki, Qəzzaya daxil olan yardım son bir ilin ən aşağı səviyyəsindədir.
İsrail isə yardımın miqdarını artırdığını iddia edir və yardımın bölgədə düzgün paylanmadığını bildirir.
ABŞ dövlət katibi Antoni Blinken oktyabr ayında İsraildən gündə ən azı 350 yük maşınının Qəzzaya buraxılmasını istəmişdi.
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi qeyd edir ki, keçən ay gündəlik orta yardım maşını sayı cəmi 40 olub. İsrail isə rəqəmlərə etiraz edir və yardımı çatdırmaqda BMT-ni günahlandırır.
BMT deyir ki, işğal gücü olaraq İsrailin Qəzzaya təhlükəsiz yardım çatdırılmasını təmin etmək öhdəliyi var.
Elnurə Kərimova