Noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoki BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ölkəmizin Surinamdakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.