COP29

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) tərəfindən könüllü olaraq COP29-ın xarici mediada təbliğatına başlanılıb. İctimai birlikdən bildirilib ki, ilkin olaraq DFJD-nın sədri Fuad Hüseynzadənin Fransa, Mərakeş, Misir, Küveyt, Ukrayna, Pakistan, Özbəkistan, Seneqal və Mavritaniya KİV-lərində “Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək” başlığı ilə məqaləsi dərc olunub.

Məqalədə qeyd olunur ki, noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 tədbiri Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir: “Planetimizin gələcəyi Azərbaycanda müzakirə ediləcək. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana ehtiramın və dəstəyin göstəricisidir: “Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir”.

Yazıda Azərbaycanda vətəndaş cəmiyyətinin də COP29-un təbliğat və tanıtımı naminə həmrəylik nümayiş etdirdiyi vurğulanıb: “Artıq 80 ölkədən 370-dən çox xarici QHT-ni sıralarında birləşdirən “COP29 QHT Koalisiyası” yaradılıb. Yerli QHT-lər xarici QHT-lərlə birgə COP29-la əlaqədar birgə layihə icra edir. Artıq COP29-a dünyanın bütün yerlərindən olan vətəndaş cəmiyyəti qurumları dəstək verir. Mütəmadi olaraq Azərbaycan və xarici ölkə QHT-lərinin iqlim dəyişmələrinə qarşı mübarizə mövzusunda görüşləri keçirilir. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi elan edib. Bu müsabiqənin qalibi olan QHT-lər hazırda COP29-la bağlı kreativ layihələr icra edirlər. Ayrıca Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən də COP29-la bağlı məlumatlandırma tədbirləri, infoturlar, marafonlar və s. keçirilir”.

Məqalədə müxtəlif ölkələrdə artıq COP29-la bağlı tədbirlərin keçirildiyi qeyd olunub: “Çox müsbət haldır ki, hər zaman olduğu kimi, dünya azərbaycanlıları da COP29-la bağlı təbliğat, təşviqat işlərinin görülməsinə öz töhfələrini verirlər. Bu fəaliyyət bir neçə istiqamətdə aparılır. Əlbəttə ki, öncəliklə burada tanıtım, təbliğat işləri görülür”.

Yazıda COP29-un yalnız Azərbaycan üçün deyil, dünya miqyasında əhəmiyyətli bir tədbir olduğu bildirilir: “Dünya azərbaycanlıları bu beynəlxalq tədbirin ölkənin iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaqda və dünya ictimaiyyətini məlumatlandırmaqda aktivdir. Bu fəaliyyətlər, həmçinin soydaşlarımızın birliyini və ölkəyə bağlığını nümayiş etdirir”.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il