İmişlidə Araz çayında batan gəncin meyiti tapılıb - YENİLƏNİB
İmişli rayonunda Araz çayında batan Elgün Həsənovun meyiti tapılıb.
Crossmedia.az xəbər verir ki, onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə bu gün çayın Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 29 yaşlı E. Həsənov çayda çimərkən boğulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
17:55
Samux rayonunda Kür çayında bir nəfərin batdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb edilib.
Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
Faktla bağlı araşdırma aparılır.(APA)
18:45 09.08.2026
Oxunuş sayı: 48