ABŞ spikeri: Mən Trampa tez-tez yox deyirəm
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson prezident Donald Trampla fikir ayrılıqlarının olduğunu açıqlayıb.
Crossmedia.az “Politico”ya istinadən xəbər verir ki, bu barədə Conson bildirib.
Bəzən Trampla gündə dörd dəfə əlaqə saxlamalı olur və qapalı görüşlər zamanı prezidentin qərarları ilə tez-tez razılaşmır.
“Mən bir gün bizim hansı məsələlərdə fikir ayrılığı yaşadığımız barədə beş cildlik kitab yaza bilərəm”, – deyə Conson bildirib.
Spiker vurğulayıb ki, onun və prezidentin münasibətləri əməkdaşlığa əsaslansa da, müəyyən məsələlərdə fərqli mövqeləri olur.
23:55 07.08.2026
Oxunuş sayı: 51