˝Gemini˝ qalmaqalı: Süni intellekt gizli ˝Google˝ sənədini oxuyub?
"Google"un süni intellekt modeli Gemini-nin qapalı sənədlərə çıxışı ilə bağlı şübhələr yaranıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə bir oyun tərtibatçısının açıqlamasından sonra gündəmə gəlib. İddialara əsasən, oyunçulardan biri Gemini-dən gələcək məzmun barədə soruşub və süni intellekt hələ elan olunmamış personajın adını açıqlayıb.
Tərtibatçı həmin adın doğru olduğunu təsdiqləyib və bildirib ki, bu məlumat yalnız şəxsi Google sənədində saxlanılırdı.
Bununla yanaşı, Gemini-nin cavabındakı digər bəzi detalların səhv olduğu və nəticəni sonradan təkrarlamağın mümkün olmadığı qeyd edilib.
"Google" isə bildirib ki, istifadəçinin icazəsi olmadan süni intellekt qapalı sənədlərə giriş əldə edə bilməz. Hadisənin şirkətin xidmətlərinin fəaliyyəti ilə bağlı olub-olmadığı hələ təsdiqlənməyib.
00:30 08.08.2026
Oxunuş sayı: 49