Tramp doğum turizmini qadağan etdi
ABŞ Prezidenti Donald Tramp doğum turizminin məhdudlaşdırılması və doğumla vətəndaşlıq hüququnun sərtləşdirilməsi ilə bağlı iki fərman imzalayıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Fərmanlardan birinə əsasən, xarici vətəndaşların uşaqlarının avtomatik olaraq ABŞ vətəndaşlığı alması məqsədilə ölkəyə gələrək doğuş etməsi qadağan edilir. Sənəd eyni məqsədlə həyata keçirilən surroqat analıq hallarına da şamil olunur.
İkinci fərman isə doğum faktına görə ABŞ vətəndaşlığı ala bilməyəcək şəxslərin siyahısını genişləndirir. Məhdudiyyətlər diplomatların və beynəlxalq təşkilat əməkdaşlarının uşaqları ilə yanaşı, Vaşinqtonun düşmən hesab etdiyi ölkələrin vətəndaşlarının, eləcə də terror təşkilatları ilə əlaqəli şəxslərin övladlarını da əhatə edir.
10:11 07.08.2026
Oxunuş sayı: 60