Çin Səddi ilə bağlı sirr: Əfsanələr və tarixi faktlar
Dünyanın ən böyük müdafiə qurğularından biri olan Çin Səddi yalnız möhtəşəm memarlıq nümunəsi deyil, həm də min illərlə davam edən mürəkkəb tikinti prosesinin nəticəsidir.
Crossmedia.az xəbər verir ki, "Habertürk" bu barədə məlumat yayıb.
Uzunluğu təxminən 21 min 196 kilometr olan Çin Səddinin inşası zamanı ağır şəraitdə çalışan çox sayda işçinin həyatını itirdiyi bildirilir. Tarixi mənbələrə görə, tikinti prosesində yüz minlərlə insanın öldüyü ehtimal edilir.
Bəzi mənbələrdə ölən işçilərin divarın təməllərində basdırıldığı iddia edilsə də, bu məlumat tarixçilər arasında mübahisəli məsələ olaraq qalır. Bununla belə, Çin Səddinin inşasının böyük insan itkiləri bahasına başa gəldiyi qəbul edilir.
Çin Səddinin tikintisi eramızdan əvvəl VII əsrdə müxtəlif krallıqların sərhədlərini köçəri hücumlardan qorumaq məqsədilə başlayıb. Qurğunun birləşdirilməsi və genişləndirilməsi isə eramızdan əvvəl 221-206-cı illərdə hökm sürən "Tsin" sülaləsi dövründə sürətlənib.
Sonrakı iki min il ərzində, xüsusilə "Min" sülaləsi zamanında divar dəfələrlə uzadılıb, bərpa olunub və bugünkü formasını alıb.
Çin Səddi ilə bağlı ən məşhur yanlış təsəvvürlərdən biri onun kosmosdan adi gözlə görünməsi iddiasıdır. Müasir araşdırmalar göstərir ki, bu, doğru deyil. Qurğu yalnız aşağı orbitlərdə və xüsusi yüksək keyfiyyətli kameralar vasitəsilə müəyyən şəraitdə qismən müşahidə oluna bilər.
Səddin uzunömürlü olmasının səbəblərindən biri isə tikintidə istifadə olunan xüsusi məhluldur. "Min" sülaləsi dövründə ustalar əhəng və yapışqan düyü ununu qarışdıraraq daha möhkəm tikinti materialı əldə ediblər. Bu qarışım divarın zəlzələlərə və sərt hava şəraitinə davamlılığını artırıb.
Araşdırmalara əsasən, Çin Səddi tək bir divardan ibarət deyil. O, bir-birinə bağlı divar hissələri, müşahidə qüllələri, xəndəklər və təbii maneələrdən ibarət geniş müdafiə sistemidir.
Hazırda isə bu tarixi abidə təbii eroziya, iqlim dəyişiklikləri və turistlərin yaratdığı zərərlər səbəbindən təhlükə ilə üz-üzədir. Xüsusilə "Min" sülaləsi dövrünə aid hissələrin təxminən 30 faizinin ciddi şəkildə dağıldığı qeyd olunur.
Mütəxəssislər Çin Səddinin qorunması üçün daha ciddi mühafizə tədbirlərinin görülməsinin vacibliyini vurğulayırlar.Uzunluğu təxminən 21 min 196 kilometr olan Çin Səddinin inşası zamanı ağır şəraitdə çalışan çox sayda işçinin həyatını itirdiyi bildirilir. Tarixi mənbələrə görə, tikinti prosesində yüz minlərlə insanın öldüyü ehtimal edilir.
Bəzi mənbələrdə ölən işçilərin divarın təməllərində basdırıldığı iddia edilsə də, bu məlumat tarixçilər arasında mübahisəli məsələ olaraq qalır. Bununla belə, Çin Səddinin inşasının böyük insan itkiləri bahasına başa gəldiyi qəbul edilir.
Çin Səddinin tikintisi eramızdan əvvəl VII əsrdə müxtəlif krallıqların sərhədlərini köçəri hücumlardan qorumaq məqsədilə başlayıb. Qurğunun birləşdirilməsi və genişləndirilməsi isə eramızdan əvvəl 221-206-cı illərdə hökm sürən "Tsin" sülaləsi dövründə sürətlənib.
Sonrakı iki min il ərzində, xüsusilə "Min" sülaləsi zamanında divar dəfələrlə uzadılıb, bərpa olunub və bugünkü formasını alıb.
Çin Səddi ilə bağlı ən məşhur yanlış təsəvvürlərdən biri onun kosmosdan adi gözlə görünməsi iddiasıdır. Müasir araşdırmalar göstərir ki, bu, doğru deyil. Qurğu yalnız aşağı orbitlərdə və xüsusi yüksək keyfiyyətli kameralar vasitəsilə müəyyən şəraitdə qismən müşahidə oluna bilər.
Səddin uzunömürlü olmasının səbəblərindən biri isə tikintidə istifadə olunan xüsusi məhluldur. "Min" sülaləsi dövründə ustalar əhəng və yapışqan düyü ununu qarışdıraraq daha möhkəm tikinti materialı əldə ediblər. Bu qarışım divarın zəlzələlərə və sərt hava şəraitinə davamlılığını artırıb.
Araşdırmalara əsasən, Çin Səddi tək bir divardan ibarət deyil. O, bir-birinə bağlı divar hissələri, müşahidə qüllələri, xəndəklər və təbii maneələrdən ibarət geniş müdafiə sistemidir.
Hazırda isə bu tarixi abidə təbii eroziya, iqlim dəyişiklikləri və turistlərin yaratdığı zərərlər səbəbindən təhlükə ilə üz-üzədir. Xüsusilə "Min" sülaləsi dövrünə aid hissələrin təxminən 30 faizinin ciddi şəkildə dağıldığı qeyd olunur.
Mütəxəssislər Çin Səddinin qorunması üçün daha ciddi mühafizə tədbirlərinin görülməsinin vacibliyini vurğulayırlar.
12:37 05.08.2026
Oxunuş sayı: 59