Tramp: ABŞ-nin İranla danışıqlarının nəticəsi 48 saata açıqlana bilər
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında keçirilən danışıqların məhsuldar keçdiyini bildirib və yekun nəticənin yaxın iki gün ərzində məlum ola biləcəyini deyib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Tramp ABŞ ilə İran arasında aparılan danışıqlardan danışarkən bildirib ki, tərəflər üçün çox yaxşı gün olub.
Onun sözlərinə görə, danışıqların nəticəsi yaxın 48 saat ərzində açıqlana bilər.
ABŞ Prezidenti əlavə təfərrüat açıqlamasa da, əldə oluna biləcək razılaşmanın Yaxın Şərqdə gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıya biləcəyini vurğulayıb.
09:50 05.08.2026
Oxunuş sayı: 61