Qətər əmiri və Tramp ABŞ - İran arasında gərginliyin azaldılmasını müzakirə ediblər
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ Prezidenti Donald Trampla telefon danışığı keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Qətər mediası məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər İran ətrafındakı vəziyyəti müzakirə ediblər.
Şeyx Təmim mübahisəli məsələlərin həlli üçün dialoqun davam etdirilməsinin və diplomatik vasitələrdən istifadə edilməsinin vacibliyini vurğulayıb.
23:40 04.08.2026
Oxunuş sayı: 63