Dzyubanın karyerası üçün Ronaldo və Messi örnək göstərildi
Rusiyanın bir sıra Premyer Liqa klublarının sabiq baş məşqçisi Miodraq Bojoviç futbolçu Artyom Dzyubanın karyerasını yalnız öz istəyi olacağı təqdirdə başa vurmalı olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Bojoviç Dzyubanın hələ də oynamağa gücü çatdığı təqdirdə futbolu tərk etməsinə ehtiyac olmadığını deyib. O, nümunə olaraq Kriştianu Ronaldo və Lionel Messini göstərərək, yaşlı futbolçuların yüksək səviyyədə çıxış etməsinin mümkün olduğunu vurğulayıb.
Qeyd edək ki, 37 yaşlı hücumçu karyerası ərzində "Spartak", "Tom", "Rostov", "Arsenal" (Tula), "Lokomotiv", "Adana Dəmirspor", eləcə də "Zenit" kimi klublarda çıxış edib. O, 2024-cü ilin sentyabrından 2026-cı ilin mayınadək "Akron"un formasını geyinib. Dzyuba Rusiya futbolu tarixinin ən məhsuldar bombardiri və Rusiya millisinin ən çox qol vuran futbolçusudur.
10:43 02.08.2026
Oxunuş sayı: 65