“Qızıl top-2026” uğrunda əsas favoritlər açıqlanıb
Ötən mövsüm futbolçuların fərdi çıxışları və nailiyyətləri baxımından ən rəqabətli mövsümlərdən biri olub.
Crossmedia.az xəbər verir ki, TASS-ın Squawka portalının bukmeker əmsallarına istinadən yaydığı məlumata görə, “Qızıl top-2026” mükafatı uğrunda əsas favoritlər Harri Keyn, Lamin Yamal, Rodri və Kilian Mbappedir. Bununla yanaşı, agentliyin təhlilində Lionel Messinin də uğurlu mövsüm keçirdiyi və mükafata layiq olduğu vurğulansa da, onun qalib gəlmək ehtimalının aşağı qiymətləndirildiyi qeyd olunur.
01:30 01.08.2026
Oxunuş sayı: 46