Paşinyan Makronla Azərbaycan-Ermənistan məsələsini müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tərəflər Ermənistan–Fransa strateji tərəfdaşlığı çərçivəsində əməkdaşlığın inkişafı, ikitərəfli münasibətlərin genişləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Danışıq zamanı Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsi, eləcə də regional və beynəlxalq gündəmdəki məsələlərə toxunulub.
Bundan əlavə, Paşinyan və Makron Azərbaycan ilə Ermənistan arasında sülh prosesini müzakirə ediblər. Həmsöhbətlər Cənubi Qafqazda sabit və davamlı sülhün təmin olunmasının vacibliyini vurğulayıblar.
19:18 25.07.2026
Oxunuş sayı: 61