Ukrayna uşaqlar üçün yeni qadağanı müzakirə edir
Ukraynada uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi hazırlanır.
Crossmedia.az xaric mediaya istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yelena Qrişina məlumat verib. O bildirib ki, hazırlanmaqda olan qanun layihəsinin müəllifi də özüdür.
Deputatın sözlərinə görə, təşəbbüs uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yeni qaydaların tətbiqini nəzərdə tutur. Layihənin detalları və mümkün yaş məhdudiyyətləri barədə əlavə məlumat verilməyib.
19:26 25.07.2026
Oxunuş sayı: 58