Gürcüstanda 4 maqnitudalı zəlzələ baş verib
Gürcüstanda maqnitudası 4,0 olan zəlzələ qeydə alınıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeraltı təkanların episentri Dmanisi şəhərindən 7 kilometr şimal-qərbdə yerləşib.
Bildirilib ki, zəlzələnin təsiri Ermənistanın bəzi bölgələrində də hiss olunub. Hazırda dağıntı və xəsarət alanlarla bağlı məlumat verilməyib.
19:02 25.07.2026
Oxunuş sayı: 56