Kənardan müdaxilə ola bilər – Gürcüstanda elektrik qalmaqalı böyüyür
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə baş vermiş kütləvi elektrik enerjisi kəsintilərinin təsadüfi olmaya biləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, hadisənin səbəbləri hərtərəfli araşdırılmalıdır.
“Ardıcıl şəkildə bütün enerji sisteminin sıradan çıxması qeyri-adidir. Araşdırmanın nəticələrini qabaqlamaq istəmirəm. Lakin insan amili, kənar müdaxilə və ya təxribat xarakterli hərəkətlər olubsa, bunların hamısı müəyyən edilməlidir”, – deyə Papuaşvili vurğulayıb.
18:54 25.07.2026
Oxunuş sayı: 58