Tokayev iki ölkəni birləşdirəcək rəqəmsal dəhliz təklif edib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan və Rusiya arasında ən sıx istifadə olunan marşrut üzrə rəqəmsal nəqliyyat dəhlizinin istifadəyə verilməsini təklif edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tokayev bildirib ki, bu təşəbbüs iki ölkə arasında yükdaşımaların sürətləndirilməsinə, logistika proseslərinin rəqəmsallaşdırılmasına və nəqliyyat əlaqələrinin daha səmərəli təşkilinə xidmət edəcək.
18:38 25.07.2026
Oxunuş sayı: 65