Venesuela Beynəlxalq Cinayət Məhkəməsindən çıxır
Venesuela hökuməti Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmaq barədə qərar qəbul edib.
Crossmedia.az xəbər verir ki, "Telesur" bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Plasensiyaya istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq qərarını rəsmən qəbul edib.
Plasensiya qərarın səbəbləri və çıxış prosesinin detalları ilə bağlı əlavə məlumat verməyib. Hazırda bununla bağlı rəsmi prosedurların başlanacağı gözlənilir.
17:41 25.07.2026
Oxunuş sayı: 64